Üç yaşlı uşaq anasız qaldı: Nəzrinin ailəsi hər şeyi DANIŞDI - VİDEO

Üç yaşlı uşaq anasız qaldı: Nəzrinin ailəsi hər şeyi DANIŞDI - VİDEO

Hazırda oxunan: Üç yaşlı uşaq anasız qaldı: Nəzrinin ailəsi hər şeyi DANIŞDI - VİDEO

230530

"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, verilişin budəfəki sayında aparıcı və müəllif Arzu Kəlbi burun əməliyyatından sonra komaya düşüb, yanvarın 12-də vəfat edən Nəzrin Mansurovanın evində olub.

Mərhumun bacısı Nərmin Paşabəylinin sözlərinə görə, bu, Nəzrin Mansurovanın ilk əməliyyatı imiş:

"Bacımın sağlamlığı ilə əlaqədar heç bir şikayəti olmayıb. Yanvarın 3-də əməliyyat olundu, 4-ü isə səhər saatlarında evə buraxıldı. Narkozdan ayılandan sonra kəskin başağrıları var idi. Ayın 4-də axşama doğru ağrıları kəskinləşdi, səhərə yaxın qusmağa başladı. Daha sonra vəziyyəti tamamilə pisləşdi. Bacım evini, uşağını tanımadı, tam anlaqsız vəziyyətdə idi".

N.Paşabəyli qeyd edib ki, bacısı əməliyyatdan 35 gün əvvəl müayinə olunub, həkim bu nəticələrə əsasən Nəzrini əməliyyat edib:

"O bizi əmin edirdi ki, hər şey normaldır. Sonra Nəzrini başqa xəstəxanaya apardıq. Sənan doktor həmin xəstəxanaya gəldi, Nəzrinin analizlərinə baxdı, "Hər şey normaldır" dedi. Amma biz bilirdik ki, bacımı itirəcəyik. Üç yaşında bir qızı var, dekabr ayında övladının 3 yaşını qeyd etdik. Belə olacağını təsəvvür etməmişdik. Qızının "Anam haradadır" sualına cavab tapa bilmirik. O, anasının sağalmağa getdiyini və qayıdacağını düşünür. Hələ ki heç birimiz özümüzdə cəsarət tapıb qızına anasının öldüyünü deyə bilmirik".

N.Mansurovanın atası isə insanları estetik əməliyyatlardan uzaq durmağa çağırıb:

"Sosial mediadakı yalançı reklamlara son qoyulmalıdır. Ətrafdan kimsə sizə "burnun əyridir" desə də, onlara fikir verməyin. Heç kimin burnu əyri deyil. Ona görə özünüzü ölümün pəncəsinə atmayın".

Daha ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO