Paytaxtın Nizami rayonunda müəssisənin fəaliyyəti dayandırıldı - FOTO

Paytaxtın Nizami rayonunda müəssisənin fəaliyyəti dayandırıldı - FOTO

Hazırda oxunan: Paytaxtın Nizami rayonunda müəssisənin fəaliyyəti dayandırıldı - FOTO

230498

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Nizami rayonu, Yavər Səfərov küçəsi, ev 72 ünvanında fəaliyyət göstərən fiziki şəxs Orucov Sarvan Kazım oğluna məxsus şirin buğda emalı müəssisəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə yoxlama zamanı bişirmə avadanlığından çıxan buğdaların birbaşa döşəməyə yığıldığı, emal prosesində istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, hazır qidaların daşınması üçün xüsusi nəqliyyat vasitələrinin ayrılmadığı, məhsulların qanunvericiliyə uyğun şəkildə markalanmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, həmçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub.

“Luma” əmtəə nişanlı şirin buğda partlağı məhsulundan nümunə götürülərək laboratoriyaya təqdim edilib.

Faktla bağlı müvafiq tədbirlər görülüb və məhdudlaşdırıcı qərar qəbul olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO