35 il əvvəl rus hərbi qatarının qarşısı Xudat dəmiryol stansiyasında necə alındı? - VİDEOSÜJET

35 il əvvəl rus hərbi qatarının qarşısı Xudat dəmiryol stansiyasında necə alındı? - VİDEOSÜJET

Hazırda oxunan: 35 il əvvəl rus hərbi qatarının qarşısı Xudat dəmiryol stansiyasında necə alındı? - VİDEOSÜJET

230485

1990-cı ilin yanvar ayının 2-ci ongünlüyü paytaxtda olduğu kimi, Xaçmazda da çox gərgin idi. Milli azadlıq hərəkatının fəalları və yerli əhali Şimaldan gələn təhlükəni əvvəldən hiss etmişdilər. Bakıya qoşun yeridiləcəyi xəbəri bölgədə çox yayılmışdı.

Şayiələr həqiqət oldu...

17 yanvar günü xəyanətkar Sovet ordusunun 978 saylı hərbi eşalonu Rusiyadan Azərbaycanın Yalaça dəmiryolu stansiyasından ölkəmizə daxil oldu və bir qədər irəliləyəndən sonra Xudat dəmiryol stansiyasında qatarın qarşısı kəsildi. 

O vaxtkı Milli Azadlıq Hərəkatının Xaçmazdakı lideri, hazırda "Şimal xəbərləri" qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev Bizim.Media-ya açıqlamasında həmin gün baş verənlərdən danışıb. Onun sözlərinə görə qatar Xudat stansiyasında irəliləyə bilmədi:

Müsahibimiz deyib ki, həmin vaxt 978 saylı hərbi eşalon Bakıya çatsaydı, faciənin miqyası daha böyük və qurbanlarının sayı çox olacaqdı. 

Ətraflı videosüjetdə:


Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO