Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 105 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ələkbərov Allahverdi Abbas oğluna məxsus “Üzeyir” şadlıq sarayında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə normativ sənədlərin tələblərinə əməl edimədiyi, həmçinin, emal prosesində texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, istifadə olunan suyun filtirasiyadan keçirilmədiyi, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, yuyucu və dezinfeksiyaedici maddələrin saxlanması üçün ayrıca sahə və ya dolabların yoxluğu, emal sahəsində və qabyuma bölümündə divar və tavanın tamlığının pozulduğu və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı zəruri tədbirlər görülüb, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:27 / 17.01.2025
Bakıda məşhur şadlıq sarayında nöqsanlar aşkarlandı – FOTO
Hazırda oxunan: Bakıda məşhur şadlıq sarayında nöqsanlar aşkarlandı – FOTO
Hazırda oxunan: Bakıda məşhur şadlıq sarayında nöqsanlar aşkarlandı – FOTO
230415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.