AZAL təyyarəsinin “qara qutu”ları ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyindən AÇIQLAMA – EKSKLÜZİV

AZAL təyyarəsinin “qara qutu”ları ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyindən AÇIQLAMA – EKSKLÜZİV

Hazırda oxunan: AZAL təyyarəsinin “qara qutu”ları ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyindən AÇIQLAMA – EKSKLÜZİV

230322

“Aktau yaxınlığında qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin “qara qutu”ları Qazaxıstana çatdırılıb”.

Bu barədə Bizim.Media-ya özəl açıqlamasında Qazaxıstan Respublikasının Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat katibi Ləzzət Stamqaziyeva məlumat verib.

Ləzzət Stamqaziyeva əlavə edib ki, proseslərin yekun nəticəsi təhlil edildikdən sonra ictimaiyyətə informasiya veriləcək:
 

“Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Aviasiya Hadisələrinin Təhqiqat Komissiyası, ICAO-nun 13-cü Əlavəsinin standartları və tövsiyə olunan təcrübələrinə uyğun olaraq, bütün faktlar və materiallar ətraflı şəkildə araşdırıldıqdan sonra ilkin hesabat dərc edəcək. Bu hesabatda müəyyən edilmiş faktiki məlumatlar və araşdırmanın gedişi ilə bağlı məlumat təqdim olunacaq. Qazaxıstana gətirilən təyyarə yazıcılarının deşifrə olunmuş məlumatları da mütəxəssislər tərəfindən araşdırılır”, - deyə Ləzzət Stamqaziyeva bildirib.


Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında hücuma məruz qalıb.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO