“İcra başçısı təyin olunan kimi işçiləri vəzifəsindən azad edir. Baxmayaraq, bu kadr dövlət qulluğu imtahanından keçib, gələn kimi deyir ki, ərizəni yaz işdən azadsan. Və beləliklə illərdir yetişən o kadr bazasını kiminsə iradəsinə uyğun olaraq itiririk”
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Millət vəkili bildirib ki, eyni vəziyyət nazirlik, komitə və digər qurumlarda da müşahidə edilir.
Onun sözlərinə görə, kütləvi şəkildə kadr dəyişikliyi hətta siyasi sistem dəyişəndə belə olmur:
“Hətta bolşeviklər belə çar Rusiyasındakı mütəxəssislərin bəzilərini qoruyub saxladı. İcra başçıları isə özü ilə 5 nəfər götürüb gəlir ki, mən bunları təyin edirəm. Mütəxəssislər isə uzaqlaşdırlır. Rayonu tanımayan adam bölgənin arxitektoru olur. Biz kadr bzasını qoruyub saxlamalıyıq”,- deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:07 / 31.05.2021
Siyavuş Novruzov icra başçılarını sərt tənqid etdi - VİDEO
Hazırda oxunan: Siyavuş Novruzov icra başçılarını sərt tənqid etdi - VİDEO
Hazırda oxunan: Siyavuş Novruzov icra başçılarını sərt tənqid etdi - VİDEO
23032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.