Xəbər verildiyi kimi, Respublikamızın müxtəlif şəhər və rayonlarında müvvəqəti məskunlaşan Xocalıdan olan keçmiş məcburi köçkünlərin yanvarın 15-də Xocalı şəhərinə köç karvanı yola salınıb. “Böyük Qayıdış” proqramı çərçivəsində bu gün Xocalı şəhərinə 25 nəfərdən ibarət 6 ailə, Ballıca kəndinə isə 102 nəfərdən ibarət 20 ailənin növbəti köçü baş tutub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ağdamdan yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.
Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, Xocalı şəhəri bu gün artıq ümidlərin, arzuların məkanıdır. Otuz ildən coxdur ki, işığı sönmüş evlərdə çıraqlar yanır, gülüş səsləri eşidilir.
Bugünədək Xocalı şəhərində 46 ailənin daimi məskunlaşması təmin edilib. Ötən ildən etibarən Xocalının Ballıca kəndinə də köç başlayıb.
“Bununla üçüncü dəfədir ki, bu kənddə köç həyata kecirilir. İndiyədək Ballıca kəndinə ümumilikdə 68, Xocalı şəhərinə isə 52 ailə köçürülüb”.
Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına köç prosesi 2025-ci ildə də mərhələli şəkildə davam etdiriləcək.
Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:27 / 15.01.2025
Xocalıya köçən növbəti 26 ailəyə mənzillərinin açarları VERİLDİ – FOTO
Hazırda oxunan: Xocalıya köçən növbəti 26 ailəyə mənzillərinin açarları VERİLDİ – FOTO
Hazırda oxunan: Xocalıya köçən növbəti 26 ailəyə mənzillərinin açarları VERİLDİ – FOTO
230129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.