Bu halda avtomobildə maska taxılmaya bilər - DYP açıqladı

Bu halda avtomobildə maska taxılmaya bilər - DYP açıqladı

Hazırda oxunan: Bu halda avtomobildə maska taxılmaya bilər - DYP açıqladı

23012

"Bu gündən Azərbaycanda açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib, amma bu qərar qapalı məkanlara, o cümlədən ictimai nəqliyyata aid deyil".

Bizim.Media xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

O, hərəkət iştirakçılarına müraciət edib: 

"Açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi o demək deyil ki, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmamaq olar. Yenə də olduğu kimi ictimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edən insanlar tibbi maskadan mütləq istifadə etməlidir".

"Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər. Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir", - şöbə rəisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO