AZAL təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirildi

AZAL təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirildi

Hazırda oxunan: AZAL təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirildi

230107

Qazaxıstan müstəntiqləri Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin qara qutularını Braziliyadan geri alıblar və hazırda bununla bağlı rəy hazırlanır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Baş Prokurorluğu yayıb.
 

Qazaxıstan tərəfi bundan əvvəl araşdırmanın ilkin nəticələrini yanvarın sonunadək dərc edəcəyinə söz vermişdi.


Bundan əlavə, prokurorluq Aktau yaxınlığında baş verən aviaqəzanın araşdırılması çərçivəsində Qazaxıstanın Rusiya və Azərbaycana beynəlxalq istintaq sorğuları göndərdiyini bildirib.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO