Bələdiyyə seçkilərinin 18 yaşlı NAMİZƏDİ: “İmtahanlara görə seçicilərimlə aktiv görüşə bilmirəm”

Bələdiyyə seçkilərinin 18 yaşlı NAMİZƏDİ: “İmtahanlara görə seçicilərimlə aktiv görüşə bilmirəm”

Hazırda oxunan: Bələdiyyə seçkilərinin 18 yaşlı NAMİZƏDİ: “İmtahanlara görə seçicilərimlə aktiv görüşə bilmirəm”

230077

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərində 16 mindən çox namizəd mübarizə aparacaq. Namizədlərdən ən gənci 18 yaşlı Səlimov Həsən Niyaməddin oğludur.

Onun namizədliyi 73 saylı seçki məntəqəsindən Masallı bələdiyyəsi üzrə Ana Vətən Partiyası tərəfindən irəl sürülüb.

Bizim.Media xəbər verir ki, modern.az Həsən Səlimovla həmsöhbət olub.

O qeyd edib ki, partiya rəhbərliyi ilə görüş olub, namizədə məsləhətlərini bildiriblər:

“Müzakirələrdən sonra mənim namizədliyimin irəli sürülməsinə rəy verildi və namizədliyim təsdiq olundu. Partiya rəhbərliyi seçkilərdə dəstəklərini ifadə etdilər. Mən əvvəlcədən xalqıma, Prezidentimə xidmət etmək niyyətindəyəm. Ona görə də bu addımı atdım, özümə inanıram. Seçiləcəyim təqdirdə xalqıma xidmət edəcək, partiyamızın və sədrimizin mənə göstərdiyi etimadı doğruldacağıma inanıram. Rəhbərliyimizin də bu yolda mənə dəstək olacağına və məsləhətlərini bildirəcəyinə inanıram”.

Müsahibimiz bildirib ki, Azərbaycan Universitetində təhsil alır:

“Humanitar və sosial elmlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə təhsilimi davam etdirirəm. Hazırda imtahan sessiyasında olduğumuz üçün təəssüf ki, seçicilərlə aktiv görüşlər keçirə bilmirəm, bununla belə seçicilərimin mənə etimad göstərəcəyinə inanıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO