Pakistanlı arvadından şikayət etmək üçün Bakıdakı səfirliyə gedib səs-küy saldı - CƏZALANDIRILDI

Pakistanlı arvadından şikayət etmək üçün Bakıdakı səfirliyə gedib səs-küy saldı - CƏZALANDIRILDI

Hazırda oxunan: Pakistanlı arvadından şikayət etmək üçün Bakıdakı səfirliyə gedib səs-küy saldı - CƏZALANDIRILDI

230049

Pakistanlı arvadından Bakıdakı səfirliyə şikayət edən şəxs saxlanılıb.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, Abdul Cəfərov (şərti) Fatimə adlı Pakistan vətəndaşı ilə ailə qurub.

Lakin qadının evindəki pulu oğurladığından şübhələnib və polisə müraciət edib.

Daha sonra Abdul Pakistanın Azərbaycandakı səfirliyinə şikayət etmək üçün gedib. Orada səs-küy saldığından saxlanılıb.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
 

Məhkəmədə Abdul səfirlik nümayəndəsinin ona danışmağa və özünü ifadə etməyə imkan vermədiyindən özündən çıxdığını etiraf edib. O, öz razılığı ilə səfirlik binasını tərk etdiyini və barəsində inzibati həbslə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş edib.


Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 100 manat məbləğində cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO