Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi BAĞLANDI – FOTO/VİDEO

Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi BAĞLANDI – FOTO/VİDEO

Hazırda oxunan: Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi BAĞLANDI – FOTO/VİDEO

229989

Göyçayda reyd keçirən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra nöqsanlar aşkarlayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, AQTA Mərkəzi Aran regional bölməsinin əməkdaşları tərəfindən fiziki şəxs Məmmədov Elşad Alim oğluna məxsus, Göyçay rayonu, Çayarxı kəndi ünvanında fəaliyyət göstərən un məmulatlarının istehsalı müəssisəsində 14.01.2025-ci il tarixində plandankənar yoxlama həyata keçirib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi üzrə dövlət qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərdiyi, müəssisənin istehsal və yardımçı sahələrinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri qənaətbəxş olduğu, müəssisədə un məmulatlarının istehsalı üçün sanitar-gigiyenik tələblərə cavab verən müvafiq şəraitin yaradılmadığı məlum olub. Belə ki, müəssisədə un məmulatlarının istehsalı üçün istifadə olunan xammalların (un, duz, maya və s.) qəbulu və saxlanılması, xəmirin yoğrulması və emal prosesi sanitar-gigiyenik tələblərə əməl olunmadan eyni sahədə həyata keçirilir ki, bu proseslərin hər biri üçün ayrıca sahə nəzərdə tutulmalıdır. Müəssisənin emal və yardımçı sahələrinin döşəmə, divar və tavanının nəm, çirk və kifdən qaraldığı və uzun müddət sanitar təmizlik işlərinin görülmədiyi məlum olub.
 

Müəssisədə əllərin yuyulması üçün müvafiq qaydada yerləşdirilmiş əl yuma çanaqları isti və soyuq su, yuyucu maddələr, həmçinin, gigiyena tələblərinə cavab verən qurutma vasitələri ilə təmin edilməyib. Həmçinin müəssisədə istifadə olunan alət və avadanlıqların mütəmadi olaraq təmizlənmədiyi və bəzi avadanlıqların korroziyaya uğraması (paslanması) müşahidə edilib. Eləcə də dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub. Bundan əlavə müəssisədə istehsal olunmuş un məmulatlarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə istehsal olunan məhsulların heç vaxt laborator analizlərdən (müayinələrdən) keçirilmədiyi məlum olub. Beləliklə, istehsal edilmiş un məmulatlarının müvafiq qanunvericiliyə uyğun olaraq etiketlənmə ilə təmin edilmədən satışının həyata keçirildiyi ortaya çıxıb.



Aşkar olunmuş qanun pozuntularına əsasən müvafiq qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Laborator analizlərin (müayinələrin) aparılması üçün müəssiədə istehsal olunmuş un məmulatlarından nümunələr götürülüb və aşkar olunmuş qanun pozuntuları aradan qaldırılana qədər müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.







 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO