Qusarın Böyük Muruq kəndində Vətən Müharibəsinin şəhidləri anılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar icra başçısı Sahir Məmmədxanov və qurumun məsul əməkdaşları bu gün Vətən Müharibəsi şəhidi Afik Namiq oğlu Həsənovun Böyük Muruq kəndindəki məzarını ziyarət ediblər. Rayon rəhbəri 2020-ci il oktyabr ayının 3-də Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olan Afikin nəşinin uzun axtarışlardan sonra müəyyən olunduğunu, 2021-ci il yanvar ayının 14-də doğulduğu kəndə gətirilərək dəfn olunduğunu xatırladıb. O, Afikin valideynlərinə səbr, dözüm diləyərək onun və cəmi şəhidlərin
Azərbaycanın hərb tarixinə layiqli səhifələr yazdığını vurğulayıb.
İcra başçısı 21 yaşında şəhidlik zirvəsinə ucalmış Afikin ölkə başçısının sərəncamı ilə "Vətən uğrunda" və"Kəlbəcərin azad olunmadına görə" medalları ilə təltif olunduğunu da diqqətə çatdırıb.
Sahir Məmmədxanov Böyük Muruq kəndində Birinci Qarabağ şəhidi Qeysəddin Ağamirzə oğlu Seyidovun da məzarını ziyarət edib, ailəsinə başsağlığı verib. Bildirib ki, Qarabağ münaqişəsində şəhid olan hər bir Azərbaycan oğlunun xatirəsi hər birimiz üçün əziz və müqəddəsdir.
Qeyd edək ki, şəhid Afik Həsənov ötən ilin oktyabr ayında ailəsi ilə sonuncu dəfə telefon əlaqəsi saxlayıb. O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:22 / 14.01.2025
Qusarda Vətən Müharibəsi şəhidləri YAD EDİLİB – FOTO
Hazırda oxunan: Qusarda Vətən Müharibəsi şəhidləri YAD EDİLİB – FOTO
Hazırda oxunan: Qusarda Vətən Müharibəsi şəhidləri YAD EDİLİB – FOTO
229986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.