“Müttəhimlər kürsüsündə Xosrovyan və Mkrtçyan əyləşəcək” – Bakıda məhkəmə prosesi başlanır 

“Müttəhimlər kürsüsündə Xosrovyan və Mkrtçyan əyləşəcək” – Bakıda məhkəmə prosesi başlanır 

Hazırda oxunan: “Müttəhimlər kürsüsündə Xosrovyan və Mkrtçyan əyləşəcək” – Bakıda məhkəmə prosesi başlanır 

22995

“Bakı Hərbi Məhkəməsində iki erməni hərbçinin məhkəməsi başlayır. Müttəhimlər kürsüsündə 12 azərbaycanlıya qarşı qəddar əməllər törədən Xosrovyan və Mkrtçyan əyləşəcək”.

Bizim.Media-nın məlumatına görə, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

Z. Oruc deyib ki, hər iki şəxsin 10 noyabrdan əvvəl, 2020-ci ilin oktyabr döyüşləri zamanı əsir düşdüyünü deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Əsir götürülən erməni əsgərlərinin adları açıqlandı – SİYAHI+FOTO


“Azərbaycanın bir qrup ictimai-siyasi fəalı, müstəqil mövqeləri ilə seçilən Zərdüşt Əlizadə, Sabit Bağırov və başqaları cənab prezidentə müraciət ediblər ki, İrəvanda xalqı sülhə inandırmaq, millətçi və şovinist dairələrə zərbə vurmaq üçün humanizm göstərib əsirləri azad etsin.

Lakin daimi sülhün ədalətli məhkəmədən keçdiyi unudulmamalıdır! Biz mühakimənin açıq keçirilməsini, dünyanın hər yerindən izlənməsinə şərait yaradılmasını təklif edirik.

Eləcə də prokurorluq və məhkəmə orqanları dövlətimizin adından ittiham və hökm elan edərkən, təqsirləndirilən şəxslər də titullu vəkil tutmaq istəyirsə, qoy etsin.

”Əsrin məhkəməsi” sayıla biləcək proses zamanı mediamızın soyuqqanlı, obyektiv və balanslı davranacağına inanırıq. Xarici mətbuat da iştirak edə bilər. Şübhəsiz, Avropa Məhkəməsinə daşınacaq prosesin təkcə hüquqi deyil, həm də siyasi məna kəsb etdiyi hamıya bəllidir.

Beynəlxalq tribunalarda “siyasi məhbus” adlanacaq belə adamların himayəçiləri 30 illik işğalın xarici ideoloqlarıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO