Şəki xarabalığa ÇEVRİLİB – İcra Hakimiyyəti isə “gözləyin” deyir - VİDEO

Şəki xarabalığa ÇEVRİLİB – İcra Hakimiyyəti isə “gözləyin” deyir - VİDEO

Hazırda oxunan: Şəki xarabalığa ÇEVRİLİB – İcra Hakimiyyəti isə “gözləyin” deyir - VİDEO

22993

Şəkidə su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlərin ləngiməsi rayon sakinlərini təngə gətirib. Turizm şəhəri olan Şəkinin mərkəz yollarının 10 ildən çoxdur təmirə bağlanması gediş-gəlişi çətinləşdirib. Sakinlərin redaksiyamıza ünvanladığı şikayətlərə görə hazırda yaşı eramızdan əvvələ gedən Şəkinin qədimiliyindən əsər-əlamət qalmayıb. Mərkəz küçələrin dağıdılması, mənzərəni pozan uçuq-sökük asfalt parçaları, istifadədə olan xətlərin çirkab və zibillə dolması mövcud problemləri daha qabarıq göstərir.

İllərdir kanalizasiya xətlərinin bərpa ediləcəyi deyilsə də, heç bir iş görülmür. Sakinlər deyir ki, yağış yağanda mərkəz yollar daha acınacaqlı duruma düşür. Uçulub-dağılmış yollar gölməçələrə çevrilir ki, bu da hərəkət üçün ciddi maneçilik yaradır. 

Şəki Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbə müdiri, baş memar Taleh Alxasov Bizim.Media-ya açıqlamasında rayon yollarında aparılan qazıntıların işıq və kanalizasiya sistemi ilə bağlı olduğunu deyib:
 

MÖVZU İLƏ BAĞLI:

10 ildir yolları dağıdılmış Şəkinin internet DƏRDİ – ŞİKAYƏT


“Bu, dövlət layihəsidir. Bu layihə insanları içməli su ilə təmin etmək üçün irəli sürülür. Kanalizasiya xətti çəkilməsi üçün yol qazılmalıdır. Layihənin reallaşması mərhələli şəkildə həyata keçir. Hazırda dördüncü mərhələdəyik”.

Qurum rəsmisinin sözlərinə görə layihəni Azərbaycan və alman şirkətləri həyata keçirir:

“Nə vaxt bitməsi məlum deyil. Biz bu barədə məsələ qaldırmışıq ki, kanalizasiya xətlərinin yenilənməsi işləri başa çatandan sonra yollar asfaltlanmalıdır. Çünki bura turizm şəhəridir. İndi lazımi işlər aparılır, özümüz də tələsirik. Vətəndaşlardan çox biz narahatıq”, deyə Taleh Alxasov əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO