Sumqayıtda 16 yaşlı qızı avtomobil vurdu

Sumqayıtda 16 yaşlı qızı avtomobil vurdu

Hazırda oxunan: Sumqayıtda 16 yaşlı qızı avtomobil vurdu

229896

Sumqayıt şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media reporr.az-a istiandən xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Fatimə Fətəliyevanı avtomobil vurub.

Yaralı dərhal Sumqayıt şəhər uşaq xəstəxanasına çatdırılıb.

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, 13.12.2025-ci il tarixində saat 19:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub. Sözügedən şəxsə xəstəxananın təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.

Pasiyent sağ körpücük sümüyün atromial sınığı, sol bazu sümüyünün yuxarı üçdə birinin yerdəyişməyən sınığı diaqnozları və kəllə-beyin travması diaqnozu şübhəsilə reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO