Lənkəranda iki balıqçı itkin düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Siyavar kənd sakinləri 39 yaşlı Mahmud İbayev və 57 yaşlı Nazim Abbasov bu gün səhər saatlarında balıq ovlamaq üçün dənizə çıxıblar.
Onlar axşam saat 17:00-da geri qayıtmalı idilər, lakin hələ də onlardan xəbər yoxdur.
Hazırda sahil mühafizə xidməti əməkdaşları itkin düşən balıqçıları axtarmaq üçün əməliyyatlar aparır.
Qeyd edək ki, hər iki şəxs uzun müddətdir balıqçılıqla məşğuldur və dənizdə təcrübəyə malikdirlər.
Bizim.Media