Dekabrın 18-də Salyan rayonunun Yeni Uluxanlı kəndində baş verən ailə dramı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
41 yaşlı Röyal Hüseynovun itkin düşməsi xəbəri Salyan rayonunda böyük səs-küyə səbəb olmuşdu.
MÖVZU İLƏ BAĞLI:
Salyanda meyiti parçalanan kişini oğlu QƏTLƏ YETİRİBMİŞ - TƏFƏRRÜAT
Aparılan araşdırmalar onun öldürüldüyünü üzə çıxardı. Baş Prokurorluğun məlumatına görə, ilkin araşdırmalarda qətlin törədilməsində Röyal Hüseynovun həyat yoldaşı Mətanət Hüseynova şübhəli şəxs olaraq saxlanılmışdı. İstintaq məlumatlarına əsasən, qadın ərini ov tüfəngi ilə vuraraq öldürmüş, sonra meyiti hissələrə bölərək su kollektoruna atmışdı.
Lakin sonradan toplanan yeni dəlillər cinayəti onun deyil, yetkinlik yaşına çatmayan 15 yaşlı oğlunun törətmiş olduğunu ortaya çıxarıb. Hazırda mərhumun 15 yaşlı oğlu təqsirləndirilən şəxs kimi saxlanılıb. Onun barəsində müstəntiqin təqdimatı və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, qətlə yetirilmiş Röyal Hüseynovun həyat yoldaşı Mətanət Hüseynova hazırda azyaşlı qızı ilə birlikdə təhlükəsizlik məqsədilə sığınacağa yerləşdirilib.
Hüquq-mühafizə orqanları hadisənin bütün detalları ilə bağlı araşdırmalarını davam etdirir.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Sabutay, Pərviz Allahverdiyev, Bizim.Media