“Bölgələrdə istedadlı şagirdlərin təhsil ala biləcəyi lisey və gimnaziyaların şəbəkəsi genişləndirilir”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə deyib.
“Oğuz, Qobustan, Sumqayıt, Lənkəran, Mingəçevir kimi bir çox rayon və şəhərlərdə yeni liseylər yaradılır.
Ötən il 34 müxtəlif lisey və gimnaziyada təhsil almaq üçün 25 min nəfərə yaxın şagird müraciət edib və onlar arasından ən yaxşı 3 min şagird bu müəssisələrə qəbul olub. Regionlarda istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədilə son iki ildə 5 lisey yaradılıb və fəaliyyət göstərir”, - deyə nazir müavini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:54 / 13.01.2025
Bu rayon və şəhərlərdə yeni liseylər yaradılır – RƏSMİ
Hazırda oxunan: Bu rayon və şəhərlərdə yeni liseylər yaradılır – RƏSMİ
Hazırda oxunan: Bu rayon və şəhərlərdə yeni liseylər yaradılır – RƏSMİ
229811
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.