Bakıda ölüm saçan klinika - 1 ayda 2 nəfər həyatını itirdi - FOTO

Bakıda ölüm saçan klinika - 1 ayda 2 nəfər həyatını itirdi - FOTO

Hazırda oxunan: Bakıda ölüm saçan klinika - 1 ayda 2 nəfər həyatını itirdi - FOTO

229799

Bakıda yerləşən "Mərcan Medicare" səsküylü ölüm halları ilə bir müddətdir ki, gündəm olub. 

Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, 2024-ci ilin dekabrında  idman zalının həyətindən meyiti tapılan bloger Nərmin Bəylər qızı İsgəndərovanın "Mərcan Medicare" klinikasında əməliyyat olunduğu məlum olmuşdu. 

Sözügedən klinikada ikinci eyni hadisə isə 30 yaşlı Nəzrin Mansurovanın başına gəlib. 
 

O, yanvarın 3-də "Mərcan Medicare" klinikasında burnundan əməliyyat olunub. Daha sonra xanımın beynində fəsad yaranıb və komaya düşüb. "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə yerləşdirilən N.Mansurova süni tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib. 


Qeyd edək ki, sözügedən hadisə ilə bağlı jurnalistlərin klinikanın baş həkimi ilə əlaqə saxlama cəhdləri uğursuz alınıb.  




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO