Bakıda piyadanı vuran şəxs yüksək vəzifəli məmur imiş

Bakıda piyadanı vuran şəxs yüksək vəzifəli məmur imiş

Hazırda oxunan: Bakıda piyadanı vuran şəxs yüksək vəzifəli məmur imiş

229721

Xəbər verdiyimiz kimi, Bakıda Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində qəza baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.

O, “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir.

Qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.


Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO