Bəzi sürücülər sərnişinləri və taksi şirkətlərini necə aldadırlar? - VİDEO

Bəzi sürücülər sərnişinləri və taksi şirkətlərini necə aldadırlar? - VİDEO

Hazırda oxunan: Bəzi sürücülər sərnişinləri və taksi şirkətlərini necə aldadırlar? - VİDEO

229585

Son günlər sosial şəbəkələrdə dələduzluğun yeni bir növü geniş müzakirə mövzusuna çevrilib.

Bizim.Media xəbər verir ki, taksi şirkətləri tərəfindən sertifikatsız və ya 2015-ci ildən köhnə modelləri olan avtomobillər bloklansa da, bəzi şəxslər bu qaydalardan yan keçmək üçün yeni fırıldağa əl atıblar.

Belə ki, cəmi bir neçə dəqiqəyə və müəyyən bir məbləğ qarşılığında köhnə avtomobillər sertifikatlı və 2015-ci ildən yeni görünür.

Sosial şəbəkələrdəki şərtlərə nəzər salanda bu xidmətdən istifadə etmək istəyənlərin çoxluğu diqqət çəkir. Görünür, qaydaları pozaraq qeyri-qanuni yolla işini davam etdirmək istəyənlərin sayı az deyil. Bu prosesin nə dərəcədə real olduğu isə hələlik sual altındadır.

"Sürücünün hesabı qeyri-qanuni formada bloklananda mütəxəssis problemin aradan qaldırılması üçün onun adından müraciət edir. Bu zaman araşdırma aparılaraq hesab analiz edilir və qeyri-qanuni fəaliyyətin olmadığı sübut edildikdə blokdan çıxarılır. Qeyri-qanuni fəaliyyət nəticəsində bloklanma olduqda isə bəzi şəxslər xüsusi manipulyasiyalar vasitəsilə sürücünün məlumatlarını başqa formada təqdim edərək bloku aradan qaldıra bilərlər. Lakin həmin şəxslər bunu çox vaxt insanları aldatmaq, pullarını mənimsəmək məqsədilə edirlər", - deyə İT mütəxəssis Əmrah Mövsümzadə mövzu ilə bağlı açıqlamasında deyib.

Daha ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO