Ordumuzda dini radikalizmə qarşı mübarizəyə dair fəaliyyət planı MÜƏYYƏNLƏŞDİ

Ordumuzda dini radikalizmə qarşı mübarizəyə dair fəaliyyət planı MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: Ordumuzda dini radikalizmə qarşı mübarizəyə dair fəaliyyət planı MÜƏYYƏNLƏŞDİ

229499

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2025-ci il üçün birgə fəaliyyət planı imzalanıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Sənədə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərin yeri, icra vaxtı və məsul şəxslər müəyyən edilib.

Bu il ərzində hərbi qulluqçularla təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyasının, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılmasının inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlərin keçirilməsi planlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO