Bakıda yolda bir neçə nəfərin iştirakı ilə əlbəyaxa dava düşüb.
Bizim.Media xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, hadisə Əhmədli qəsəbəsində baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələyə münasibət bildirib. "Görüntülərdən məlumatlıyıq. İnsidentdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində hazırda araşdırma aparılır", - o qeyd edib.
Bizim.Media