"TikTok" əməliyyatı zamanı saxlanılan Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb.
Bizim.Media lent.az-a istinadla xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Belə ki, təqsirləndirilən şəxsin vəkili məhkəmə qarşısında vəsatət qaldırıb.
Vəsatətdə göstərilib ki, tiktoker xanımın autizmdən əziyyət çəkən 4 yaşlı övladı var.
Qısa müşavirədən sonra məhkəmə humanist addım ataraq vəsatəti təmin edib və Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:06 / 10.01.2025
"TikTok" əməliyyatında saxlanılan tiktoker ev dustaqlığına BURAXILDI
Hazırda oxunan: "TikTok" əməliyyatında saxlanılan tiktoker ev dustaqlığına BURAXILDI
Hazırda oxunan: "TikTok" əməliyyatında saxlanılan tiktoker ev dustaqlığına BURAXILDI
229436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.