Bakıda metro fəaliyyətə başladı

Bakıda metro fəaliyyətə başladı

Hazırda oxunan: Bakıda metro fəaliyyətə başladı

22943

Bu gündən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Qərarına əsasən, metroda sərnişin daşınması mayın 31-də saat 06:00-dan başlayaraq həyata keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün açılan “8 Noyabr” metro stansiyasında hansı YENİLİKLƏR edilib - TƏFƏRRÜAT - FOTO


Metrodan istifadə edənlərin diqqətinə bir daha çatdırırıq ki, “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, metro stansiyalarında və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.

Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan müvafiq qaydada istifadə etməsi və sərnişinlərin hərarəti yoxlanılacaq.

Seçmə qaydada aparılan yoxlama zamanı yüksək hərarəti olan sərnişinlər metropoliten ərazisinə buraxılmayacaq.

Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO