Əməliyyat zamanı ad günü qeyd edən 4 tibb işçisi cəzalandırıldı - RƏSMİ

Əməliyyat zamanı ad günü qeyd edən 4 tibb işçisi cəzalandırıldı - RƏSMİ

Hazırda oxunan: Əməliyyat zamanı ad günü qeyd edən 4 tibb işçisi cəzalandırıldı - RƏSMİ

229367

Bakıda yerləşən özəl xəstəxanlardan birində həkim əməliyyat zamanı doğum gününü qeyd edib. Həkim bu barədə öz "Instagram" hesabında paylaşım edib.

Hadisə "German Hospital"da baş verib. Əməliyyat zamanı doğum günü qeyd edilən həkim xəstəxananın cərrah mama-ginekoloqu Ləman Əliyeva olub. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI - VİDEO


Səhiyyə Nazirliyi cərrahla bağlı yoxlama başladıb.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bilirilib ki, hospitalın 4 əməkdaşı cərimələnib.

"Faktın ətraflı araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qaninuna müvafiq olaraq 09 yanvar 2025-ci il “GERMAN HOSPİTAL” adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib. 

"Keçirilən xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi faktı aşkarlanıb və bununla əlaqədar işçi heyətin 4 (dörd) məsul üzvünə inzibati xəta məcəlləsinin 215.3 maddəsi ilə İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada göstərilməməsinə görə beş yüz (500) manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir.

Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir", - açıqlamada qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO