Yanvarın 11-də Ümumdünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü olacaq.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev Bizim.Media-ya bildirib ki, 11 yanvar - Ümumdünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur:
“Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir”.
Xidmət rəsmisinin sözlərinə görə, “Açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:50 / 10.01.2025
Milli parklarda “Açıq qapı” günü keçiriləcək
Hazırda oxunan: Milli parklarda “Açıq qapı” günü keçiriləcək
Hazırda oxunan: Milli parklarda “Açıq qapı” günü keçiriləcək
229315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.