Keçmiş millət vəkili, politoloq Ceyhun Osmanlı Prezident İlham Əliyevin qərarı ilə ermənilərin müharibədə Azərbaycana vurduğu zərəri hesablamaq üçün yaradılan Komissiya haqqında özünün Facebook səhifəsində yazıb.
Politoloqun irəli sürdüyü təkliflərdə Ermənistan üçün də əlverişli variantlar var və ideyanın gerçəkləşməsi regionun sürətli inteqrasiyasına da gətirib çıxara bilər.
Bizim.Media həmin statusu təqdim edir:
“Cənab Prezident ermənilərin müharibədə Azərbaycana vurduğu zərəri hesablamaq üçün Komissiya yaradıb. Komissiyanın rəhbəri də Baş Nazir Əli Əsədov təyin olunub. Olduqca mühüm qərardır. Çünki gec-tez müharibə başa çatacaq və Ermənistan-Azərbaycan arasında münasibətləri tənzimləmək üçün sənədlər imzalanacaq.
Bu sənədlərin imzalanacağı masada Azərbaycan qalib, Ermənistan isə məğlub tərəf olacaq.
Bax məhz onda Azərbaycan rəsmi şəkildə Ermənistandan maddi təzminat tələb edə biləcək.
Belə bir kompensasiya tələbi milyardlarla ölçüləcəyi üçün Ermənistan bunu ödəyə bilməyəcək.
Bax elə o zaman da Azərbaycan Ermənistana o pulu qazanmağa şərait yarada bilər.
Necə? Çox sadə. Ermənistan öz ərazisindən Azərbaycanla Türkiyəni Naxçıvan üzərindən müddətsiz birləşdirən korridor verir və tranzitdən qazandığı gəlirləri də öz borcunu ödəməyə yönəldir.
Zəngilan ərazisindən Naxçıvana çatmaq üçün təxminən cəmi 40-50 km bir yoldan söhbət gedir.
"Beləliklə Ermənistan da bu yolla Avropa-Asiya nəqliyyat marşrutunun bir hissəsinə çevrilmiş olur. Əslində ermənilərdə məntiqli düşünən bir hökümət qurulsa onlar özləri belə bir layihə üçün Azərbaycana minnətçi düşməlidir.
Bu yolla Naxçıvan da quru yolu ilə mövcud blokadadan çıxmış olar və biz rahatlıqla avtomobillə bir neçə saata Naxçıvana çata bilərik, eyni zamanda Naxçıvandakı qardaş-bacılarımız rahatlıqla öz avtomobillərində həm Qarabağa, həm də Bakıya bir neçə saata səfər edə bilər.
Dünən Naxçıvanda yaşayan dostumla telefonla danışırdım, O dedi ki, biz artıq Qarabağa yatırımlara və iş yerləri yaratmağa hazırlaşırıq.
Təbii ki, bütün bu uğurlar şəhidlərimizin qanı bahasına başa gəlir. Allah şəhidlərimizə rəhmət eləsin. Şanlı ordumuza və Ali Baş Komandanımıza isə güc-qüvvət və bol şans arzu edirik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:47 / 09.11.2020
Ceyhun Osmanlı: “Ermənistana borcunu ödəməyə şərait yarada bilərik”
Hazırda oxunan: Ceyhun Osmanlı: “Ermənistana borcunu ödəməyə şərait yarada bilərik”
Hazırda oxunan: Ceyhun Osmanlı: “Ermənistana borcunu ödəməyə şərait yarada bilərik”
2293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.