Zaqatalada yeni doğulan körpə bu səbəbdən ölübmüş - FOTO

Zaqatalada yeni doğulan körpə bu səbəbdən ölübmüş - FOTO

Hazırda oxunan: Zaqatalada yeni doğulan körpə bu səbəbdən ölübmüş - FOTO

229128

Zaqatalada baş verən uşaq ölümünün səbəbləri ilə bağlı məlumat açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə redaksiyamıza Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin ginekoloqu Nərgiz Nəzirova məlumat verib.  

“Zaqatala rayon kənd sakini, 1992-ci il təvəllüdlü Xanım Didiyeva 38 həftəlik hamiləlik diaqnozu ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına daxil qeysəriyyə əməliyyatı üçün planlı müraciət edib. Saat 15.30- da əməliyyat icra edilib. Yaşama fəliyyətinə mane olan, çoxsaylı qüsurlu və anomiyalarla, diz oynaqlarının arxada, dirsək oynaqlarının öndə olması, gözlə görünən və görünməyən qüsurların olması, çəkisi 2.8 kq, cinsi qız olan ağır vəziyyətdə, ürək döyüntüsü olan, tənəffüs qabilliyyəti olmayan diri körpə dünyaya gəlib.

İki saat sonra bütün müdaxilələrə baxmayaraq, körpədə ölüm faktı qeydə alınıb. Qeyd edim ki, hamilə qadın 9 ay ərzində özəl xəstəxanada qeydiyyatda olub və antinatal xidmət göstərilib”, - həkim bildirib.

Ginekoloq onu da əlavə edib ki, Xanım Didiyeva 12 həftəlik hamiləlik zamanı ultrasəs müayinəsindən keçib. Daha sonra doppler müayinəsini üçün hamilə qadını başqa bir həkimə yönləndiriblər. O isə bundan imtina edib. 

İlkin rəsmi açıqlama və Didiyevlər ailəsinin ölüm faktına görə şikayətçi olmaması bir daha ona dəlalət edir ki, ailə üzvləri dövlət xəstəxanasında əsl həqiqəti öyrəniblər.

Xatırladaq ki, rayonun Gözbarax kənd sakini, 33 yaşlı Xanım Didiyeva üçüncü övladını dünyaya gətirmək üçün xəstəxananın doğum şöbəsinə müraciət edib və burada qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

Lakin körpə doğuşdan bir qədər sonra dünyasını dəyişib. Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti müayinə olunması üçün aidiyyəti üzrə verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.










Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO