DSX mayoruna hücumla bağlı saxlanılan dünya çempionu SƏRBƏST BURAXILDI

DSX mayoruna hücumla bağlı saxlanılan dünya çempionu SƏRBƏST BURAXILDI

Hazırda oxunan: DSX mayoruna hücumla bağlı saxlanılan dünya çempionu SƏRBƏST BURAXILDI

229062

Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edən şəxslərin sifarişçisi olduğu deyilən kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov sərbəst buraxılıb.

Bizim.Media xəbər verir ki, bunu oxu.az-a açıqlamasında kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.

 

"Mənə hücum edən şəxslərin sifarişçisi Ramal Aslanov sərbəst buraxılıb. Belə bir şəxsin azadlığa buraxılması doğru deyil. Mən həmin şəxsin cəzalandırılmasını tələb edəcəyəm. Bu işlə şəxsi vəkilim məşğul olacaq. Federasiya rəhbərliyini və Ramal Aslanovu məhkəməyə verəcəyəm. Belələrinin azadlıqda rahat gəzməsi qəbul edilməzdir. Lazım gələrsə, həmin şəxsin himayədarlarının da adlarını açıqlayacağam", - deyə F.Zeynalov bildirib.


Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədova 3 aylıq həbs verilib.

Xatırladaq ki, Ramal Aslanov ötən gün Kikboksinq Federasiyasının I vitse-prezidenti vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO