Metroda relsin üzərinə düşən şəxsin SON DURUMU

Metroda relsin üzərinə düşən şəxsin SON DURUMU

Hazırda oxunan: Metroda relsin üzərinə düşən şəxsin SON DURUMU

229013

Dünən “Ulduz” stansiyasında relsin üzərinə düşən sərnişinin vəziyyəti məlum olub.

Sabunçu Tibb Mərkəzində İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Səkinə Yusibli Bizim.Media-ya açıqlamasında bildirib ki, 07.01.2025-ci il tarixində saat 22:44 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

"Baş beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir",- deyə o əlavə edib.

Qeyd edək ki, dünən saat 21:30 radələrində Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb. Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO