Bu ay delimitasiya üzrə komissiyaların növbəti görüşü olacaq

Bu ay delimitasiya üzrə komissiyaların növbəti görüşü olacaq

Hazırda oxunan: Bu ay delimitasiya üzrə komissiyaların növbəti görüşü olacaq

228999

"Delimitasiya və demarkasiya üzrə Ermənistan və Azərbaycan komissiyalarının razılaşdırdığı protokol ondan xəbər verir ki, sərhədin dəqiqləşdirilməsi zamanı bir çox amillər – təhlükəsizlik, kommunikasiyalar, yaşayış məntəqələri, tarixi, ekoloji amillər və sair nəzərə alınmalıdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında mövcud olan şərti sərhəd ehkam deyil:

"Bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, bunun üçün mənim dediyim bir çox bu və ya digər amillərin dəqiqləşdirilməsi tələb olunur. Amma bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır. Bizim metodologiya üzrə yanaşmamız var, onu erməni tərəfinə təqdim etmişik. Mənə məruzə etdilər ki, aldığımız şifahi cavab ondan xəbər verir ki, onların tərəfindən xüsusi etiraz yoxdur. Beləliklə, yaşayıb görərik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO