Terrorçuluğa və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham edilən Həmzə Məmmədlinin məhkəmə araşdırması tamamlanıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Bu işin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb.
33 yaşlı H.Məmmədli barəsində 2018-ci ildə Azərbaycanda indi mühakimə edildiyi əməllərinə görə cinayət işi başlanılıb.
Bu gün Həmzə Məmmədli ittiham edildiyi maddələrlə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media