Daha bir xarici aviaşirkət Rusiyaya uçuşların sayını AZALDIR

Daha bir xarici aviaşirkət Rusiyaya uçuşların sayını AZALDIR

Hazırda oxunan: Daha bir xarici aviaşirkət Rusiyaya uçuşların sayını AZALDIR

228909

Özbəkistanın “Qanot Sharq” aviaşirkəti yanvarın 20-dən martın 6-dək Moskva və Sankt-Peterburqa uçuşların sayını azaldacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Moskvaya (Domodedovo hava limanı) Daşkənd, Səmərqənd, Buxara, Namanqan və Fərqanədən, Sankt-Peterburqa (Pulkovo) isə Səmərqənd və Namanqandan bəzi reyslər dayandırılacaq.

Şirkət uçuşların dayandırılmasını “Airbus A320” təyyarəsinə planlı texniki xidmətin aparılması zərurəti ilə izah edib.

Qeyd edək ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar fonunda bir neçə xarici aviaşirkət Rusiya Federasiyasına uçuşları dayandırıb. Belə ki, Qazaxıstanın “Qazaq Air” şirkəti Astanadan Yekaterinburqa, İsrailin “El Al” aviaşirkəti Tel-Əvivdən Moskvaya, “Flydubai” Dubaydan Soçi və Mineralnıye vodı şəhərinə, "Türkmən Hava Yolları" Aşqabaddan Moskvaya uçuşlarını ləğv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO