Toyda uşaqları oxudub, oynadıb PUL QAZANANLAR – Bu fəaliyyət qanunla QADAĞANDIR?

Toyda uşaqları oxudub, oynadıb PUL QAZANANLAR – Bu fəaliyyət qanunla QADAĞANDIR?

Hazırda oxunan: Toyda uşaqları oxudub, oynadıb PUL QAZANANLAR – Bu fəaliyyət qanunla QADAĞANDIR?

228881

Azərbaycanın qədim toy adətlərində uşaqların rolu az olub. Sonradan toy mərasimlərinə müxtəlif yeniliklər əlavə edilib.

Uşaqlar nə vaxtdan toyda iştirak etməyə başladılar?

Bunlardan biri də bəy və gəlinin ətrafında rəqs edən uşaqlar idi. Uşaqların bu cür rəqsindən bir neçə il Azərbaycan toylarında istifadə edildi. Amma bu uşaqlar əsasən cütlüyün yaxın qohumları olurdu və proses təmənnasız, özlərinin istəyi ilə həyata keçirilirdi. Hazırda isə uşaqların qrup yox, tək şəkildə toylarda iştirak etməsi, mahnı oxuması, rəqs etməsi geniş yayılıb.

Toyda rəqs edib, oxuyub pul qazanan uşaqlar

Uşaqlar toyda müəyyən vaxt ərzində oxuyur, oynayır və qarşılığında pul qazanırlar. Sosial şəbəkələrin yaratdığı imkanlardan yararlanan həmin uşaqların valideynləri və ya rəqs müəllimləri səhifələr açaraq uşaqların bacarığını nümayiş etdirirlər. Onlar toy, nişan və digər tədbirlərdə uşaqların bu cür xidmətlərini təklif edirlər. Toyda əylənən insanlar tərəfindən uşaqların bu bacarıqları müsbət qarşılanır, bəzən qonaqlar onları qucaqlarına götürür, yanaqlarından öpür, onlara pul verirlər. Bu isə xoş mənzərə yaratmır.

Lakin ölkədə uşaqların işləməsi qanunla qadağandır.

Belə ki, Əmək  Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılmaqla, belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək şəxslərin əməklə məşğul olması ilə bağlı isə müəyyən güzəştlər tətbiq olunur. Bu işlər rəsmi formada həyata keçirilmir, lakin uşaq əməyi istismar olunur.

Bəs buna necə nəzarət edilməlidir?

Mövzuya münasibət bildirən vəkil Ruslan Vəliyev Bizim.Media-ya deyib ki, uşağın fəaliyyətindən gəlir əldə olunursa, bununla bağlı addımlar atılmalıdır:

“Uşaqların dərnək , tədris formada hansısa tədbirə cəlb olunmasında problem yoxdur. Lakin hansısa bir formada oradan gəlir əldə edilirsə, müəyyən addımlar atılmalıdır. Çünki burada konkret olaraq uşağın əməyi istismar olunur. Konstitusiyamızda uşaqların 15 yaşa qədər işlədilməsi qadağan olunub”.

Hüquqşünas bildirib ki, burada məbləğ nağd şəkildə verildiyi üçün vergidən yayınma halları olur:

“Toylarda olan rəqslərin çoxuna ödənilən məbləğ, ümumiyyətlə bu iş qeyri-rəsmi olur. Onların vergiyə cəlb olunma məsələləri, hansısa formada rəsmiləşdirilməsi açıq qalır. Məbləğ nəğd şəkildə alınır və alınan məbləğ rəsmiləşdirilmir. Təmənnasız və ya təmənna ilə həyata keçirilməsi qapalı qalır. Bununla bağlı konkret olaraq şikayət olunmalı, hansısa formada müraciət olunmalıdır.

Amma bu, ödəniş edənin və ya ödənişi qəbul edənin də marağında deyil. Çünki birincisi, rəsmi olsa, orada vergilər nəzərə alınmaqla daha çox məbləğdə ödəniş edilməlidir. Ödənişi qəbul edən şəxs vergi ödəyicisi olmadığı üçün ödəyən şəxs də onun yerinə vergiləri ödəməlidir. Ona görə də o məsələlərlə özlərini yormurlar. Hesab edirəm ki, belə hallar baş verdikdə dövlət orqanları məlumatlandırılmalı və müvafiq addımlar atılmaldır ki, uşaqların hüquqları pozulmasın”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO