Özbəkistanlı boksçu Şahram Qiyasov cərimələnib.
Bizim.Media xəbər verir ki, buna idmançının zalda məşq zamanı sınaqçı rəqib kimi ayıdan istifadə etməsi səbəb olub.
Şahramın ayı ilə döyüşməsinin videoları yayıldıqdan sonra boksçu məsuliyyətə cəlb olunub. Ona inzibati xətalar üzrə protokol tərtib olunub.
İdmançı 1 milyon 250 sum (164 manat 19 qəpik) cərimələnib. Ayı isə Fərqanə şəhərinin zooparkına təhvil verilib.
Bundan başqa, Qiyasov Ekologiya, mühit və iqlim dəyişikliyi nazirliyinə çağırılıb. O, ayı ilə rəftarına görə üzr istəyib.
Rəşad Rafiqoğlu, Bizim.Media