Ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb.
Bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən xəbər verilib.
Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin 11.12.2024-cü il tarixli əmrinə əsasən, akademik təqvimə uyğun olaraq ali və orta ixtisas təhsil müəssisələrində imtahan sessiyası başlayıb.
Qeyd edilib ki, imtahan sessiyası 100-dən artıq təhsil müəssisəsini əhatə edir və ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilir.
Bizim.Media