Sumqayıtda dəm qazından zəhərlənənlərin SON DURUMU

Sumqayıtda dəm qazından zəhərlənənlərin SON DURUMU

Hazırda oxunan: Sumqayıtda dəm qazından zəhərlənənlərin SON DURUMU

228671

Sumqayıtda dəm qazından zəhərlənənlərin vəziyyəti məlum olub. 

Sumqayıt Tibb Mərkəzindən Bizim.Media-ya bildirilib ki, 05.01.2025-ci il tarixində saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər (kişi cinsli), Uşaq Xəstəxanasına isə 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub. 

"Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar",- deyə o əlavə edib. 

Qeyd edək ki, Sumqayıt şəhər sakinləri 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov,onun oğlu 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov,1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov,onun oğlu 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO