“Naxçıvan” hotelinin yerində tikiləcək bina ilə bağlı YENİ XƏBƏR – EKSKLÜZİV – FOTO

“Naxçıvan” hotelinin yerində tikiləcək bina ilə bağlı YENİ XƏBƏR – EKSKLÜZİV – FOTO

Hazırda oxunan: “Naxçıvan” hotelinin yerində tikiləcək bina ilə bağlı YENİ XƏBƏR – EKSKLÜZİV – FOTO

228649

Bakı şəhəri günbəgün gözəlləşir, inkişaf edir. Bu inkişafa uyğun olaraq son illərdə paytaxtımızda çoxsaylı müasir memarlıq nümunələri inşa olunur. Lakin Bakıda köhnə, qəzalı binalar da mövcuddur. Onlar şəhərin estetik mənzərəsini korlamaqla yanaşı insanların həyatı üçün də təhlüə yaradırlar.

Belə binalardan biri də Paytaxtın İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəşisməsində, “Hyatt regency” kompleksində yerləşən “Naxçıvan” hotelidir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, “Naxçıvan” hoteli sökülərək yerində eyni hündürlükdə müasir standartlara uyğun yeni binanın inşasına yaxın zamanda start veriləcək.

Qeyd edək ki, “Naxçıvan” hotelinin binası ötən əsrin ortalarında inşa edilib və uzun illər mehmanxana kimi istismar edilib. 2000-ci il noyabrın 25-də Bakıda 6,8 bal gücündə baş vermiş zəlzələdə bina ciddi ziyan görüb. Zəlzələdən sonra binada müəyyən bərkitmə və təmir işləri aparılsa da, hotel hazırda istismara yararsız vəziyyətdədir. Hətta binaya kənardan baxdıqda belə eyvanların altındakı çatları və açıqda qalmış dəmir konstruksiyaları aydın şəkildə görə bilirik.

//ssl.bizim.media/file/articles/2024/09/11/1726036368_5399863885508501484.jpg

Aparılan yoxlamalar zamanı məlum olub ki, binanın zirzəmisi və daxili konstruksiyası yararsız vəziyyətə düşüb. Binanın əsas dayaqları ciddi zərər görüb, dəmir-beton konstruksiyası erroziyaya uğrayıb. Bir sözlə, binanın istismarının davam etdirilməsi ciddi təhlükə mənbəyinə çevrilib.

“Bina ən qısa zamanda sökülməlidir”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasına tanınmış memar Cahid Həsənov bildirib ki, “Naxçıvan” hotelinin yenidən bərpası mümkün deyil:

“Binanın fasadında görüntü bir qədər səliqəli olsa da, zirzəmidə vəziyyət təhlükəlidir. İstinad divarları ciddi xələl görüb. Dəmir-beton konstruksiya artıq neçə illərdir ki, açıq havada qalıb. Nəticədə həmin metal-konstruksiya da erroziyaya uğrayıb.

//ssl.bizim.media/file/articles/2024/09/11/1726036419_5399863885508501485.jpg

“Naxçıvan” hotelinin mühəndis qurğuları sıradan çıxmaq üzrədir. Belə vəziyyətdə binanı hansısa əlavə gücləndirmə-bərkitmə işləri hesabına saxlamağa ehtiyac yoxdur.

Yeganə həll yolu “Naxçıvan” hotelinin sökülməsi və yerində şəhərin ümumi strukturuna uyğun yeni binanın inşa edilməsidir”.

“Naxçıvan” hotelinin yerində yeni binanın inşası məqsədəuyğun olardı”

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə qeyd edib ki, “Naxçıvan hotel”in dayaqları ciddi zərər görüb:

“Ona görə də hotelin sökülməsi artıq bir zərurətə çevrilib. Bu prosesə nə qədər tez başlanılsa, bir o qədər tez xoşagəlməz hadisələrdən sığortalanmış olarıq.

//ssl.bizim.media/file/articles/2024/09/11/1726036370_5399863885508501488.jpg

Eyni zamanda, yerləşdiyi ərazi baxımından “Naxçıvan” hotelinin söküntüsündən sonra, yerində yeni və müvafiq arxitekturaya uyğun binanın tikilməsi daha məqsədəuyğun olar.

//ssl.bizim.media/file/articles/2024/09/11/1726036390_5399863885508501486.jpg
Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO