"İnsan 25 illik dostu haqqında nə danışa bilər? Bu, heç də az vaxt deyil".
Bizim.Media xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında aktyor Azər Baxşəliyevin dəfn mərasimi zamanı həmkarı Kənan Mahmudov (Kənan MM) deyib:
"Çox pozitiv insan idi. Həyatımda tanıdığım yeganə insanlardan idi ki, heç vaxt əsəbiləşmirdi.
Heç vaxt da kiminsə qəlbini qırmırdı. Azər sakit dayananda belə insan onun üzünə baxıb gülürdü. Bizim üçün ağırdır, amma bu, həyatın qanunudur. Məkanı cənnət olsun, Allah ailəsinə səbr versin. Yanvar ayının 16 və ya 17-si Türkiyədə əməliyyat olunmalı idi. Ölümünün səbəbi böyrək yox, beyninə qansızması oldu. Azər həmişə deyirdi ki, ölümdən düzgün yaşamayan insanlar qorxar. Allah rəhmət eləsin".
Xatırladaq ki, aktyor Azər Baxşəliyev poliorqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib. O, bu gün vəfat edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:22 / 05.01.2025
Kənan MM: "Azərin ölümünün səbəbi böyrək yox, beyninə qansızması olub"
Hazırda oxunan: Kənan MM: "Azərin ölümünün səbəbi böyrək yox, beyninə qansızması olub"
Hazırda oxunan: Kənan MM: "Azərin ölümünün səbəbi böyrək yox, beyninə qansızması olub"
228571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.