Yanvar ayının ilk günlərində ölkə ərazisində sinoptik vəziyyətlə əlaqədar hava şəraiti mülayim, əsasən yağmursuz keçib. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edib.
Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16°, Naxçıvan MR-da 9°, Aran rayonlarında 16°, dağlıq rayonlarda isə 12°-dək isti qeydə alınıb.
G.Abbasova qeyd edib ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 6-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi ehtimalı var. Yanvarın 5-də qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında isə yanvarın 5-də şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:54 / 04.01.2025
Yanvarın ilk günlərində ölkədə hava mülayim keçib
Hazırda oxunan: Yanvarın ilk günlərində ölkədə hava mülayim keçib
Hazırda oxunan: Yanvarın ilk günlərində ölkədə hava mülayim keçib
228450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.