Braziliya AZAL təyyarəsinin qara qutularını oxumağa BAŞLADI

Braziliya AZAL təyyarəsinin qara qutularını oxumağa BAŞLADI

Hazırda oxunan: Braziliya AZAL təyyarəsinin qara qutularını oxumağa BAŞLADI

228402

Braziliya dekabrın 25-də Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin kabinindəki səs yazıcısını artıq oxumağa başlayıb.

Bizim.Media "Report"a istinadla xəbər verir ki, bu barədə Braziliyanın "G1" portalı məlumat yayıb.
 

Məlumata görə, qara qutular Braziliyaya çərşənbə günü (Bakı vaxtı ilə cümə axşamı) gəlib.


Nəşrin istintaqla tanış olan həmsöhbətlərinin sözlərinə görə, səs yazıcılarının deşifrəsinə yanvarın 2-də (Bakı vaxtı ilə yanvarın 3-də) başlanılıb. Qara qutulardan alınan məlumatlar Braziliya Hərbi Hava Qüvvələrinin (Força Aérea Brasileira - FAB) mütəxəssislərinin iştirakı ilə təhlil ediləcək.

Əldə olunan məlumatlar hadisənin təhlili və təhqiqatına cavabdeh olan quruma - Qazaxıstanın Aviasiya Qəzalarının Təhqiqat Departamentinə veriləcək.

Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO