Hacıqabuldakı qəzada xəsarət alan uşaq xəstəxanada dünyasını dəyişdi

Hacıqabuldakı qəzada xəsarət alan uşaq xəstəxanada dünyasını dəyişdi

Hazırda oxunan: Hacıqabuldakı qəzada xəsarət alan uşaq xəstəxanada dünyasını dəyişdi

228234

Hacıqabul rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında xəsarət alan 7 nəfərdən biri ölüb.

Bizim.Media xəbər verir ki, saat 15 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınan qəzada xəsarət alanlardan 9 yaşlı Yusif Qəhrəmanovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması zamanı "VAZ-2107" idarə etmədən çıxaraq yol kənarındakı "Hyundai Sonata", "Hyundai Tucson" və "KİA" markalı minik maşınlarına çırpılıb. Qəza nəticəsində Yusif Qəhrəmanov, Günel Qəhrəmanova, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov, Elgün Sarıyev, Elvin Sarıyev və Günel Sarıyeva müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib. Yaralılardan üçü ağır vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO