179 nəfərin öldüyü qəza ilə bağlı aeroportda AXTARIŞ APARILDI

179 nəfərin öldüyü qəza ilə bağlı aeroportda AXTARIŞ APARILDI

Hazırda oxunan: 179 nəfərin öldüyü qəza ilə bağlı aeroportda AXTARIŞ APARILDI

228225

Cənubi Koreyanın Çolla-Namdo vilayətinin polisi dekabrın 29-da sərnişin təyyarəsinin qəzaya uğradığı Muan hava limanında axtarış aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
 

Bildirilib ki, “Jeju Air” aviaşirkətinə məxsus sözügedən təyyarənin qəzaya uğramasından sonra səhlənkarlığın insan tələfatına səbəb olması şübhəsi ilə cinayət işi başladılıb.


Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları dispetçerlərlə təyyarənin pilotları arasında baş tutan söhbətin sənədlərini və buna dair materialları axtarır.

Bununla yanaşı, polis “Jeju Air”in baş direktoru Kim İ Benin ölkədən çıxışına qadağa qoyub.

Xatırladaq ki, dekabrın 29-da Cənubi Koreyada Muan hava limanında Banqkokdan gələn sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb. Qəza nəticəsində təyyarədə olan ümumi 181 nəfərdən 179-u həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO