Cəlilabadda 3 gün əvvəl dünyasını dəyişən kişi meyiti tapılıb

Cəlilabadda 3 gün əvvəl dünyasını dəyişən kişi meyiti tapılıb

Hazırda oxunan: Cəlilabadda 3 gün əvvəl dünyasını dəyişən kişi meyiti tapılıb

228142

Cəlilabad rayonunun Göytəpə qəsəbə sakini, 1972-ci il təvəllüdlü Aydın Hüseynağa oğlu Ağayevin meyiti qonşuları tərəfindən yaşadığı ünvanda aşkarlanıb. Onun 3 gün əvvəl öldüyü deyilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, A.Ağayev evdə tək yaşayırdı.
 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.


Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO