Qubada sərxoş ər arvadının qəzəbinə tuş gəldi və həbs olundu.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Quba şəhərində baş verib. Adı açıqlanmayan qadın ərini tutdurub.
Məlumata görə Kərimov soyadlı kişi həyat yoldaşının işdən çıxmasını tələb edib. Həm də onu küçədə sərxoş halda təhqir edib. İş polis şöbəsinəcən gedib çıxıb. Qadın ərindən şikayətçi olmaqda israrlı olub. İş rəsmiləşdirilərək rayon məhkəməsinə gedib.
Məhkəmənin hökmü ilə kişiyə 5 sutka inzibati cəza verilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu