Ülfət Kərimovun anım gününə həsr olunmuş tədbir keçirildi -  FOTOLAR

Ülfət Kərimovun anım gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Hazırda oxunan: Ülfət Kərimovun anım gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

228098
Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəəssisələri, hərbi məktəblər və hərbi hissələr, Respublika Veteran Təşkilatları, ictimaiyyət nümayəndələri, müharibə veteranları, Kəlbəcərlilər, həmçinin kəşfiyyatçı Ülfət Kərimovun ailə üzvləri və döyüş yoldaşları iştirak edirdi.

Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin və 701 saylı hərbi hissənin veteranlar Şurasının sədri, “Qırmızı ulduz” ordenli, e.o.polkovnik Əzizağa Qəni-zadənin, Kəlbəcər rayon Veteranlar Şurasının sədri, II qrup Qarabağ əlili, tədbirin təşəbbüskarı Ramiz Əliyevin, Ülfət Kərimov haqqında yazılmış kitabın müəllifi Əli Abdullayevin və qəhrəman haqqında çəkilmiş sənədli filmin müəllifi 1992-1998-ci illərdə Müdafiə Nazirliyinin Hərbi Studiyasının bədii rəhbəri vəzifəsində çalışmış, hərbi repartyor, II qrup Qarabağ əlili e.o.kapitan Nizami Abbasın, Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədri e.o.polkovnik-leytenant Füzuli Rzaquliyevin, qardaşı və döyüş yoldaşı Zöhrab Kərimovun, bacısı e.o gizir Xuraman xanım Kərimovanın qəhrəmanın həyatı və döyüş yolu ilə bağlı məruzə, çıxış və döyüş xatirələri dinlənilmiş, ümumilikdə 1992-1993-cü illərdə regionda hərbi-siyasi vəziyyət, 1993-cü ilin yazında Kəlbəcərdə baş vermiş hadisələr xatırlanmış, rayonun düşməndən müdafiəsi zamanı aparılan döyüşlər təhlil olunmuş, Ülfət Kərimov haqqında çəkilmiş sənədli film və sərgi nümayiş olunmuşdur.xa0

Anım tədbiri Kəlbəcər məktəblilərinin kəşfiyyatçı Ülfət Kərimova həsr edilmiş şeir kompozisiyası ilə davam etdirilib.xa0


xa0

xa0

xa0

xa0

xa0

xa0

xa0

xa0

xa0

xa0

xa0

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO