“Nar” vakant vəzifələrə sənəd qəbul edib

“Nar” vakant vəzifələrə sənəd qəbul edib

Hazırda oxunan: “Nar” vakant vəzifələrə sənəd qəbul edib

228068

“Nar” Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak edib.

Moderator.az xəbər verir ki, çoxsaylı şirkətlərin iştirak etdiyi yarmarkada mobil operatorda marketinq və satış istiqamətləri üzrə müxtəlif vakant vəzifələrə sənəd qəbulu təşkil edilib.

Mayın 31-də Gəncə şəhərində keçirilmiş yarmarkadakı “Nar” stendi şəhər sakinlərinin böyük marağına səbəb olub. Bundan əlavə, stend ziyarətçiləri “Nar”ın yay təcrübə proqramlarında iştirak barədə məlumat əldə ediblər.

Xatırladaq edək ki, daha öncə “ADA” universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında “Nar” operatoru “Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülmüşdü. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO