Xəbər verdiyimiz kimi, Cəlilabadda 7 yaşlı uşaq pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin tibbi yardımdan sonra uşaq müalicə almaq üçün Bakıda yerləşən Yanıq Mərkəzinə göndərilib.
Xatırladaq ki, sözügedən hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb. Belə ki, bayram atəşfəşanlığı keçirilən məhəllədə kustar üsulla hazırlanmış pirotexniki vasitənin partlaması nəticəsində 7 yaşlı Ş.A. müxtəlif yanıq xəsarətləri alıb.
Azyaşlı dərhal rayon xəstəxanasına çatdırılıb və ona üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
23:02 / 31.12.2024
Pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarətlər alan azyaşlının SON DURUMU
Hazırda oxunan: Pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarətlər alan azyaşlının SON DURUMU
Hazırda oxunan: Pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarətlər alan azyaşlının SON DURUMU
228013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.